[b]Futbolçumuzdan Premyer Liqada uğurlu debüt[/b]
21.11.2016 - 01:41
Ukrayna Premyer Liqasında XV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, U-21 millimizin üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dnepr” səfərdə “Vorskla” ilə qarşılaşıb.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nağıyev komandasının heyətində məhz bu oyunda debüt edib. O, 90-cı dəqiqədə Luçkeviçi əvəzləyib.
Qeyd edək ki, “Dnepr” 15 oyundan sonra 8 xalla 11-ci pillədə qərarlaşıb. Komandanın 6 xalı FİFA tərəfindən silinib.
0
0