[b]Gəncədə əzəli rəqiblərin, paytaxtda liderlərin dueli[/b]
08.04.2017 - 12:31
[b]Gəncədə əzəli rəqiblərin, paytaxtda liderlərin dueli[/b]

Sabah Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 görüş baş tutacaq.

 

Əvvəlcə meydana cari mövsümdə özünə bənzəməyən “Kəpəz” və “Neftçi” komandaları çıxacaq. Hər ikisi ölkənin köklü klubu olsa da, bu mövsüm turnir cədvəlinin sonlarında qərarlaşıb. Bununla belə, Gəncədəki qarşılaşmanın gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. Çünki həm “Neftçi”, həm də “Kəpəz” avrokuboka vəsiqə verən 4-cü yeri tutmağa olan-qalan iddiasını davam etdirmək üçün mütləq qələbə qazanmalıdı. Cari mövsümdə artıq 3 dəfə üz-üzə gəlmiş əzəli rəqiblərin şəxsi görüşlərində bərabərlik var. Belə ki, hər iki komanda 1 dəfə qələbə qazanıb, 1 oyunda isə heç-heçə qeydə alınıb. Vurulan və buraxılan qollarda da bərabərlik hökm sürür: 2:2.

 

20:30-dan etibarən isə diqqətlər paytaxta yönələcək. Təbii ki, söhbət turun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Qəbələ” matçından gedir. Çempionatın liderlərinin budəfəki dueli də böyük maraq kəsb edir. Sona 4 tur qalmış “Qarabağ” rəqibini 4 xal qabaqlayır. Bu isə onu göstərir ki, Ağdam klubunu heç-heçə də qane edəcək. “Qəbələ” isə çempionluq iddiasını davam etdirmək üçün mütləq qələbə qazanmalıdı. Əks təqdirdə, Roman Qriqorçukun yetirmələri qızıl medallardan bir qədər də uzaqlaşacaqlar.

“Qarabağ” və “Qəbələ”nin cari mövsümün ilk 3 dövrəsində keçirdiyi oyunlarda “qırmızı-qaralar”ın üstünlüyü var. Belə ki, şimal təmsilçisi 2 dəfə qalib gəldiyi halda, “Qarabağ”ın 1 qələbəsi var. Qurban Qurbanovun komandası 3 xal əldə etməklə, “Qəbələ” ilə cari mövsümdəki qalibiyyət sayını bərabərləşdirə bilər.

 

İkinci oyun günündə isə “Zirə” – “İnter” və AZAL – “Sumqayıt” matçları keçiriləcək.

 

Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan “Zirə” ilə “İnter”in dueli az maraq kəsb etmir. “İnter” 3-cü yerdə möhkəmləndiyi halda, “Zirə” 4-cü pillədə rəqiblərin nəfəsini hiss edir. Bu mənada, Ayxan Abbasovun komandasına qələbə daha çox lazımdı.

Maraqlıdı ki, bu komandaların cari mövsümdə keçirdiyi hər 3 qarşılaşmada heç-heçə qeydə alınıb. Özü də bütün görüşlər 1:1 hesabı ilə nəticələnib. Bu dəfə də eyni ssenarinin davam edib-etməyəcəyi maraq doğurur.

 

Sonuncu pillədəki mövqeyi rəsmiləşən AZAL isə “Sumqayıt”ı qəbul edəcək. “Təyyarəçilər”dən fərqli olaraq, “gənclik şəhəri” təmsilçisi Avropa Liqasına vəsiqə qazanmağa iddialıdı. Təsadüfi deyil ki, “Sumqayıt” 4-cü pillədə qərarlaşan “Zirə”dən cəmi 3 xal geri qalır. Bu mənada, Samir Abasovun yetirmələrini yalnız qələbə qane edəcək.

 

 

9 aprel (bazar)

16:00. “Kəpəz” – “Neftçi”

İlk 3 dövrədəki oyunlar: 0:2, 2:0, 0:0
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Gəncə şəhər stadionu


20:30. “Qarabağ” – “Qəbələ”

İlk 3 dövrədəki oyunlar: 0:2, 2:1, 0:2
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu (CBC Sport / canlı)

 


10 aprel (bazar ertəsi)

15:00. “Zirə” – “İnter”

İlk 3 dövrədəki oyunlar: 1:1, 1:1, 1:1
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu (CBC Sport / canlı)


17:30. AZAL – “Sumqayıt”

İlk 3 dövrədəki oyunlar: 1:1, 1:1, 0:1
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
“AZAL Arena” (CBC Sport / canlı)

 

1

Qarabağ

24

16

4

4

39-12

52

2

Qəbələ

24

13

8

3

43-14

48

3

İnter

24

11

9

4

35-24

42

4

Zirə

24

8

7

9

21-24

31

5

Sumqayıt

24

7

7

10

22-30

28

6

Neftçi

24

8

2

14

19-38

26

7

Kəpəz

24

5

9

10

17-26

24

8

 AZAL

24

1

7

16

11-39

10

 

Bombardir: Filip Ozobiç (“Qəbələ”) - 11