[b]Gəncəyə Bonilya və Souzasız[/b]
28.03.2016 - 15:56
[b]Gəncəyə Bonilya və Souzasız[/b]

Topaz Premyer Liqasında “Qarabağ”la çempionluq mübarizəsi aparan “Zirə” XXVII turda “Kəpəz”lə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bakılılar matçın keçiriləcəyi Gəncə şəhərinə bu gün yola düşüblər.

 

Paytaxtdakı hazırlığı başa çatdıran “Zirə” oyunöncəsi son məşqləri Gəncədə keçirəcək.

 

Baş məşqçi Adil Şükürov bu qarşılaşmada 2 oyunçunun xidmətindən məhrumdu. Komandanın “qol maşını” Nelson Bonilya Salvador yığmasının düşərgəsində olduğu üçün “Kəpəz”lə oyunu buraxacaq.

 

Lakin “Zirə”nin itkisi təkcə bununla kifayətlənmir. Uzun müddətdi zədəli olan Dieqo Souza hələ də sıraya dönməyib. Braziliyalı yarımmüdafiəçi bu səbəbdən Gəncə səfərində də meydana çıxmayacaq.

 

Qeyd edək ki, turun digər oyunları ilə birlikdə martın 30-da keçiriləcək “Kəpəz” – “Zirə” matçı saat 15:00-da start götürəcək. 26 turdan sonra 50 xal toplayan “Zirə” turnir cədvəlində 2-ci pillədə qərarlaşdığı halda, aktivində 42 xalı olan “Kəpəz” 4-cü yerdədi.