[b]Gökhan Zanın azərbaycanlı qohumu hava limanında saxlanıldı[/b]
17.03.2016 - 11:40
[b]Gökhan Zanın azərbaycanlı qohumu hava limanında saxlanıldı[/b]

Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq futbolçusu Gökhan Zanın qardaşı problemlə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, sabiq müdafiəçinin qardaşı ilə onun həyat yoldaşı Azərbaycandan Türkiyəyə yollanarkən viza problemi ilə qarşılaşıblar.

 

Belə ki, Səlahəttin Zan və onun Azərbaycan əsilli həyat yoldaşı Ayşən Zan Türkiyəyə qaydarkən “Atatürk” Hava Limanında saxlanılıblar. Pasport yoxlanışı zamanı Ayşən Zanın viza qaydalarını pozduğu məlum olub. Bu səbəbdən də o, problemli yolçular otağına aparılıb.

 

Məsələ həllini tapmadığından, Səlahəttin Zanın hazırda hava limanında yoldaşını gözlədiyi bildirilib. Ayşən Zanın isə təyyarə ilə Azərbaycana qaytarılması gözlənilir.

 

Qeyd edək ki, son klubu “Qalatasaray” olan və ötən il karyerasını bitirən 35 yaşlı Gökhan Zan 2005-2013-cü illərdə Türkiyə millisində 35 oyun keçirib.