[b]Göygöl sınaqdan keçirildi[/b]
25.07.2017 - 19:33
[b]Göygöl sınaqdan keçirildi[/b]

22 sentyabr – 1 oktyabr 2017-ci il tarixlərində Qadınlar arasında Avropa Çempionatının final oyunlar Azərbaycan və Gürcüstanda keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycandakı oyunlar Bakı və Göygöl şəhərlərində baş tutacaq.

 

Göygöl şəhərlərində oynanılacaq Avropa çempionatının test – yoxlama görüşü bu gün 25 iyul tarixində keçirilib. Test oyununun keçirilməsində əsas məqsəd oyun arenasına baxış və hər hansı bir çatışmamazlıq olarsa Avropa Çempionatına kimi bunu aradan qaldırmaqdan ibarətdir.

 

Göygöl Olimpiya Kompleksində keçirilən yoxlam matçında Avropa Voleybol Konfederasiyasının nümayəndələri oyun zamanı “çelenc” sisteminin işləməsini, işıqlandırmanı və digər məsələləri yoxlayıblar.

 

Qeyd edək ki, Göygöldə D qrupunun komandaları – Hollandiya, Belçika, Serbiya və Çexiya yarışacaqlar.