“Milan” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “rossonyerlər”in növbəti transferi Hakan Çalhanoğlu olub.
Dünən İtaliyaya yollanaraq “Milan”da tibbi müayinədən keçən 23 yaşlı yarımmüdafiəçi artıq rəsmi müqaviləyə qol çəkib. Tərəflər arasında anlaşmaya görə, “Bayer” bu transferdən 20 milyon avro gəlir əldə edib. Ancaq Türkiyə millisinin üzvünün çıxışına görə, leverkuzenlilər daha 4 milyon avro bonus qazana bilərlər.
Hakan özü “Milan”la 4 illik müqaviləyə qol çəkib. Oyunçunun yeni komandasında illik məvacibi 2,5 milyon avro təşkil edəcək.
Beləliklə, A seriyası təmsilçisi Matteo Musakkio, Frank Kessye, Andre Silva, Rikardo Rodriges, Antonio Konte və Fabio Borinidən sonra 7-ci keçidini rəsmiləşdirib.
Qeyd edək ki, Hakan Çalhanoğlu “Bayer”ə 2014-cü ildə 12 milyon avro müqabilində “Hamburq”dan keçmişdi.