[b]Hakan Şükürə həbs şoku![/b]
24.02.2016 - 19:29
[b]Hakan Şükürə həbs şoku![/b]

Türkiyə milli komandasının və “Qalatasaray”ın keçmiş futbolçusu Hakan Şükür həbs oluna bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, keçmiş futbolçu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı təhqir etdiyi üçün haqqında məhkəmə iddiası qaldırılıb.

 

Bir zamanlar Ərdoğanla eyni partiya sıralarında olan və Ədalət və İnkişaf Partiyasından millət vəkili seçilmiş “Kral” sosial şəbəkə üzərindən prezidenti təhqir etməkdə ittiham olunur. Eks futbolçu haqqında 1 ildən 4 ilə qədər həbs iddiası ilə şikayət edilib.

 

Qeyd edək ki, milli komanda ilə 100-dən çox oyuna çıxan və 51 qol vuran Hakan Şükür 2008-ci ildə karyerasını bitirmiş və fəal siyasi karyeraya başlamışdı. Ancaq sonradan tərəflər arasında yaranmış narazılıqlar səbəbindən 2013-cü ildə partiyanı tərk etmişdi.