İstanbul U-19 liqasında oynanan “Üsküdar Anadolu” – “Öz Karacaahmetspor” qarşılaşmasında baş və yan xətt hakimini döyən qonaq komanda qəribə cəzaya məruz qalıb.
İstanbul Şəhər Hakimlər Komitəsi “Öz Karacaahmetspor”un A komandasının 9 aprel günü ikinci həvəskar liqadakı oyununa hakim təyin etmədi. Oyunla bağlı son qərarı Türkiyə Futbol Federasiyası verəcək.
Komitə sədri Aydın Kankaş klublar birliyi ilə daha əvvəl baş tutan görüşlərdə bu kimi hallarda günahkar komandanın oyununa hakim təyin etməmək qərarı aldıqlarını bildirib.
Təqsirləndirilən komandanın prezidenti Ahmet Özər isə hadisələrdə yan xətt hakiminin günahkar olduğunu, oyunçularını təhqir etdiyini və bayraq dirəyi ilə vurduğunu deyib.