[b]Hakimlərimizin Avroliqaya ilk təyinatı[/b]
22.06.2016 - 11:23
[b]Hakimlərimizin Avroliqaya ilk təyinatı[/b]

UEFA hakimlərimizə 2016/2017 mövsümünün ilk təyinatını verib. Apasport.az saytının məlumatına görə, hər 3 FİFA referimiz Avropa Liqasının I təsnifat mərhələsinin matçına təyinat alıb.

 

İyunun 30-da Əliyar Ağayevlə Orxan Məmmədov iş başında olacaqlarsa, iyulun 5-də Rəhim Həsənov Avrokubok görüşündə fit çalacaq.

 

Maraqlıdı ki, Orxan Məmmədov həmyerlimiz Samir Məsimovun şərəfini qoruduğu "Domjale"nin matçına təyinat alıb.

 

30 iyun

“Slaviya” (Bolqarıstan) – “Zaqlebiya” (Polşa)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov

 

“Domjale” (Sloveniya) – “Lusitans” (Andorra)

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübarizə Haşımov, Ömər Paşayev

 

5 iyul

“Birkirkara” (Malta) – “Şiroki Briyeq” (Bosniya və Herseqovina)

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov