[b]Hamit Altıntopun ayağı qırıldı[/b]
04.03.2016 - 17:44
[b]Hamit Altıntopun ayağı qırıldı[/b]

“Qalatasaray”ın təcrübəli futbolçusu Hamit Altıntopun başının üstünü “qara buludlar” alıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, zədəsini yenicə sağaldan 34 yaşlı yarımmüdafiəçi növbəti dəfə sıradan çıxıb.

 

Uzun müddətdən sonra məşqlərə başlayan Altıntop hazırlıq zamanı ayağından zərbə alıb. Nəticədə ayağı qırılan Hamit məşqi yarımçıq dayandırmaq məcburiyyətində qalıb.

 

Tibbi müayinənin nəticəsində Altıntopun ayağının qırıldığı təsdiqlənib. Futbolçunun yaşıl meydanlardan nə qədər uzaq qalacağı hələ müəyyənləşməyib.

 

Qeyd edək ki, karyerası ərzsində “Şalke”, “Bavariya” və “Real” (Madrid) klublarının da formasını geyinmiş Hamit Altıntop 2012-ci ildən “Qalatasaray”ın oyunçusudu.