[b]Havayı ulduzlar[/b]
20.04.2016 - 15:12
[b]Havayı ulduzlar[/b]

Mövsüm sona yaxınlaşdıqca Avropa klubları heyətlərini gücləndirməyin planlarını cızmağa başlayıblar. Apasport.az saytının məlumatına görə, nəhənglər milyonlarla pul xərcləyib transferlər etməyi düşünürlərsə, ortabab komandalar ilk növbədə havayı oyunçu axtarışına çıxacaqlar.

 

Mayın sonunda klubu ilə müqavilə müddəti bitəcək və azad agent statusu daşıyacaq ulduz futbolçu sayı da az deyil. Onların içində ən diqqətçəkəni PSJ ilə yeni anlaşmaya müsbət baxmayan Zlatan İbrahimoviçdi. Xüsusən də, ingilislərin maraq dairəsində olan forvard 34 yaşı olmasına baxmayaraq, məhsuldarlığını göstərməkdə davam edir.

 

Patris Evra, Con Terri, Martin Demişelis, Mikel Arteta, Matyu Flamini, Tomaş Rositski, Fernando Torres, David Vilya kimi oyunçular bir çox komandalar üçün hələ də qurtarıcı rolunu daşıya bilərlər.

 

Miroslav Kloze, Françesko Totti, Antonio di Natale və Luka Toni də karyeralarını bu yay başa vurmasalar, özlərinə yeni komanda tapacaqları şübhəsizdi.

 

Klubları ilə müqavilə müddəti mövsümün sonuna qədər olan tanınmış futbolçuların siyahısını təqdim edirik:

 

Futbolçu

Ampluası

Klubu

Stiv Mandanda

Qapıçı

“Marsel”

Viktor Valdes

Qapıçı

“Standard”

Patris Evra

Müdafiəçi

“Yuventus”

Martin Kaseres

Müdafiəçi

“Yuventus”

Alvaro Arbeloa

Müdafiəçi

“Real”

Aleks

Müdafiəçi

“Milan”

Con Terri

Müdafiəçi

“Çelsi”

Martin Demişelis

Müdafiəçi

“Mançester Siti”

Qreqori van der Vil

Müdafiəçi

PSJ

Nikolas N'Kulu

Müdafiəçi

“Marsel”

Dario Srna

Müdafiəçi

“Şaxtyor” (Donetsk)

Caner Erkin

Müdafiəçi

“Fənərbaxça”

Gökhan Gönül

Müdafiəçi

“Fənərbaxça”

Maykon

Müdafiəçi

“Roma”

Kolo Ture

Müdafiəçi

“Liverpul”

Mikel Arteta

Yarımmüdafiəçi

“Arsenal”

Matyu Flamini

Yarımmüdafiəçi

“Arsenal”

Tomaş Rositski

Yarımmüdafiəçi

“Arsenal”

Joel Matip

Yarımmüdafiəçi

“Şalke”

Sofian Fequli

Yarımmüdafiəçi

“Valensiya”

Hatem Ben-Arfa

Yarımmüdafiəçi

“Nitsa”

Migel Veloso

Yarımmüdafiəçi

“Dinamo” (Kiyev”

Havard Nordtveyt

Yarımmüdafiəçi

“Borussiya” (M.)

Raul Meyreleş

Yarımmüdafiəçi

“Fənərbaxça”

Rikkardo Montolivo

Yarımmüdafiəçi

“Milan”

Maykl Karrik

Yarımmüdafiəçi

“Mançester Yunayted”

Yohan Qurkuff

Yarımmüdafiəçi

“Renn”

Tiaqo

Yarımmüdafiəçi

“Atletiko”

Fernando Torres

Hücumçu

“Atletiko”

Françesko Totti

Hücumçu

“Roma”

David Vilya

Hücumçu

“Nyu York Siti”

Zlatan İbrahimoviç

Hücumçu

PSJ

Antonio di Natale

Hücumçu

“Udineze”

Miroslav Kloze

Hücumçu

“Latsio”

Luka Toni

Hücumçu

“Verona”