[b]Haytam Aleesami Azərbaycanla oyun barədə danışdı [/b]
07.10.2016 - 18:40
[b]Haytam Aleesami Azərbaycanla oyun barədə danışdı [/b]

“Bilirik ki, Azərbaycan yığması top saxlamağı bacarır. Biz də bunu etməyə çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç yığmasının müdafiəçisi Haytam Aleesami deyib.

 

Bu gün mətbuat konfransında çıxış edən “Palermo”nun üzvü DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisi ilə keçiriləcək qarşılaşmanı dəyərləndirib.

 

O bildirib ki, Azərbaycanla oyun çox çətin keçəcək: “Çətin oyun olacaq. Qalib gəlməyə çalışacağıq”.

 

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç görüşü saat 20:00-da başlayacaq.