[b]Həmyerlimiz oynadı, komandası 9 nəfərlə qalib gəldi[/b]
24.11.2016 - 01:13
Portuqaliya Sequndasında 15-ci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası bu turda səfərdə “Uniao da Madeyra” klubuyla qarşılaşıb.
Oyunun taleyini bir qol həll edib. Matçın 35-ci dəqiqəsində Mateus Pereyranın vurduğu qol, Lissabon təmsilçisinə qələbə qazandırıb.
Budaq Nəsirov meydana start heyətində çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, hazırda hesabında 24 xal olan “Sportinq B” 7-ci pillədə qərarlaşıb.
0
0