[b]Həmyerlimiz oynamadı, komandası məğlub oldu[/b]
30.08.2016 - 01:30
[b]Həmyerlimiz oynamadı, komandası məğlub oldu[/b]

Portuqaliya Sequndasında 5-ci turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq"in B komandası evdə "Vizela"yla qarşılaşıb.

 

Budağın ehtiyat oyunçular skamyasından izlədiyi oyun “Sportinq B”-nin 1:2 hesablı məğlubiyyətiylə nəticələnib.

 

Qeyd edək ki, hazırda hesabında 4 xal olan "Sportinq B" 22 komanda arasında 18-ci pillədə qərarlaşıb.