[b]Həmyerlimiz Super Liqada debüt etdi[/b]
04.02.2017 - 19:39
Yunanıstan Super Liqasında XIX tura start verilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Amit Quluzadənin şərəfini qoruduğu AEL evdə “Kerkira” ilə qarşılaşıb.
Qış fasiləsində Larissa təmsilçisinə keçən Amit bu oyunda yeni komandasında debüt edib.
O, fasilədən dərhal sonra, qarşılaşmanın 46-cı dəqiqəsində meydana çıxıb. Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib.
Qeyd edək ki, 19 oyundan sonra hesabında 17 xal olan AEL 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.
0
0