Futzal üzrə Hollandiya millisinin yekun heyəti açıqlanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, dünya çempionatının pley-off mərhələsində martın 22-də Almere şəhərində Azərbaycan yığmasını qəbul edəcək “narıncılar”ın yekun heyətində 14 futzalçı yer alıb.
Millimizlə qarşılaşmada bu futzalçılar baş məşqçi Marsel Lusveldin ixtiyarında olacaq: Tevfik Ceyar, Mohamed Darri, Camal Əl-Qannuti, Manuel Kuyk, Ennes van Masbommel, Mohamed Attaibi, Amir Molkarai, Mats Velsebor, Anes Beliya, Yoşua Juste, Zakaria Amrani, Kərim Mossai, Said Buzambu, Zaid Əl-Morabiti.
Yeri gəlmişkən, Hollandiya – Azərbaycan görüşündə anşlaq olması gözlənilir. Çünki görüşün bütün biletləri artıq satılıb. Azarkeşlər oyunu izləmək üçün 7,5 avrolarından keçməli olublar.
Qeyd edək ki, matçın keçiriləcəyi “Topsportsentrum” idman qurğusu 3000 azarkeş tutumuna malikdi.