[b]Hücumçuları iynə ilə zərərsizləşdirdi[/b]
15.06.2017 - 22:55
[b]Hücumçuları iynə ilə zərərsizləşdirdi[/b]

Argentina kubokunun 1/32 final mərhələsi çərçivəsində keçirilən “Estudiantes” – “Pasifiko” matçında qalmaqallı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, qonaqların argentinalı müdafiəçisi Federiko Allende oyun zamanı rəqibin bir neçə futbolçusuna iynə batırıb.

 

Bu barədə meydan sahiblərinin hücumçusu Xuan Otero da yerli jurnalistlərə açıqlamasında bildirib. Kolumbiyalı forvard oyun zamanı baş hakimə şikayət etsə də, referinin buna məhəl qoymadığını deyib.

 

Hadisənin səbəbkarı Allende daha sonra müsahibəsində olanları etiraf edib. Dördüncü divizionda çıxış edən “Pasifiko”nun prezidenti Gektor Monkada futbolçuya yaraşmayan hərəkətə yol verən Allendenin komandadan qovulacağını bildirib.

 

Qeyd edək ki, “Pasifiko” görüşdə 3:2 hesabı qələbə qazanaraq 1/16 finala yüksəlib.