“Bizim üçün hər oyun vacibdi. Çünki yığma üzvləri bir araya gəlibsə, bundan maksimum yararlanmaq lazımdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.
Bosniya və Herseqovina millisinin heyətində Lüksemburqla yoxlama oyununda iştirak edən qolkiper 3:0 hesablı qələbədən məmnun qalıb: “Qarşıda DÇ-2018-in seçmə mərhələsi var. Bu oyunlara hazırlıq baxımından hər yoxlama görüşü əhəmiyyətlidi. Bu dəfə bəzi gənclər komandada debüt etdilər. Onlar komandaya uyğun gəldiyini nümayiş etdirdilər. Lüksemburqla matçda sübut etdik ki, hər mövqedə komandaya faydalı ola biləcək bir neçə oyunçumuz var. Şadam ki, bütün oyunçular bu qarşılaşmada özünü göstərə bildi. Öz oynadığım 45 dəqiqədən də razı qaldım. Ümumilikdə oyun və nəticə də qənaətbəxşdi”.
Qeyd edək ki, Şehiç oyunun 2-ci hissəsinə meydanda olub.