[b]İbrahim Şehiçin rəqibi üçün 10 milyon[/b] - FOTO
30.05.2017 - 20:17
Asmir Beqoviç “Çelsi”dən gedib. Apasport.az saytının məlumatına görə, Bosniya və Herseqovina millisinin qapıçısı bundan sonra karyerasını “Bornmut”da davam etdirəcək.
“Qırmızı-qaralar” bosniyalının keçidi üçün qarşı tərəfə 10 milyon futnt-sterlinq ödəyəcək.
“Qarabağ”ın “çərçivə qoruyucusu” İbrahim Şehiçin milli komandadakı əsas rəqibi olan dəri əlcək ustası son iki mövsümü “Çelsi”də keçirib və üst-üstə 20 oyunda meydana çıxıb.
Qeyd edək ki, 2009-cu ildən Bosniya yığmasının şərəfini qoruyan və milli ilə 56 matça çıxan Beqoviç 2012-ci ildə ölkəsində ilin futbolçusu seçilib.
0
0