[b]İbrahimoviç köçəcəyi şəhərdə ev alıb[/b]
10.06.2016 - 17:23
[b]İbrahimoviç köçəcəyi şəhərdə ev alıb[/b]

Zlatan İbrahimoviçin yeni komandasının adı hələ də bəlli deyil. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu karyerasını məhz bu ölkədə davam etdirəcək.

 

Çünki İsveç yığması ilə Avropa çempionatına qatılan 35 yaşlı forvardın Mançester şəhərində özünə ev aldığı məlum olub. Bu isə onun “Mançester Yunayted”ə keçəcəyi ilə bağlı xəbərləri bir növ təsdiqləyir.

 

PSJ ilə müqavilə müddəti başa çatdığı üçün azad agent statusuna malik olan İbranın adı artıq iki aydan çoxdu ki, “Mançester Yunayted”lə birgə hallanır. Yeni komandasını Avropa çempionatından sonra açıqlayacağını deyən futbolçu çox güman ki, gələn mövsümdən “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında çıxış edəcək.

 

Qeyd edək ki, Zlatan İbrahimoviç 2012-2016-cı illər arasında formasını geyindiyi PSJ-nin heyətində 180 oyun keçirib, 156 qola imza atıb.