Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, toplantının əsas müzakirə mövzusu Topaz Premyer Liqasının 2016/2017 mövsümündə neçə komandanın iştirak edəcəyi ilə bağlı olacaq.
Bir neçə dəqiqə sonra start götürəcək iclasa İK-nın üzvləri gəlməyə başlayıb.
AFFA prezidenti Rövnəq Abdullayevlə yanaşı, baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, həmçinin üzvlər Qurban Qurbanov, İsgəndər Cavadov, Vaqif Sadıqov, Kazbek Tuayev və Rauf Əliyev hazırda qurumun inzibati binasında toplantının başlamasını gözləyirlər.