[b]İddialıların dueli ilə fasiləyə[/b]
24.08.2017 - 18:07
[b]İddialıların dueli ilə fasiləyə[/b]

Sabah Azərbaycan Premyer Liqasında III tura start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi son turun matçları iki gün davam edəcək.

 

Turun açılış matçında Bakı klubları üz-üzə gələcək. Paytaxt derbisində “İnter” “Səbail”i sınağa çəkəcək. İlk iki turda xala həsrət qalan Zaur Svanadzenin yetirmələri debütantla görüşə qələbə üçün çıxacaq. Samir Əliyevin komandası isə “Neftçi”nin ardından “İnter”i də yenmək əzmindədi.

 

İlk oyun günü autsayderlərin dueli ilə başa çatacaq. İlk Azərbaycan derbisinin iştirakçıları – ölkənin ən köklü klubları “Neftçi” və “Kəpəz” paytaxtda üz-üzə gələcək. Xala həsrət qalan klublar adlarına yaraşmayan autsayder mövqeyindən uzaqlaşmaq üçün qalib gəlməlidi. Elxan Abdullayevi istefaya göndərən “Neftçi” Gəncə təmsilçisi önünə Elşad Əhmədovla çıxacaq. Qərblilər isə bu dəfə də uduzsa, baş məşqçi istefası ilə üzləşə bilər.

 

Ertəsi günün ilk matçında “Zirə” “Sumqayıt”ı sınağa çəkəcək. Ardıcıl 2 qələbə qazanan paytaxt təmsilçisi liderliyini möhkəmlətmək üçün mübarizə aparacaq. Sumqayıtlılar isə rəqibinə çatmaq üçün qalib gəlməlidi.

 

Tura mərkəzi oyunla yekun vurulacaq. “Qarabağ”la “Qəbələ” təkcə turun deyil, dövrənin mərkəzi qarşılaşmasında üz-üzə gələcək. Son illər ölkə futbolunun iki ən yaxşısı olan əyalət təmsilçiləri fasiləyə lider kimi yollanmaq üçün döyüşəcək.

 

Çempionlar Liqasının qrupuna düşən “Qarabağ” Danimarka səfərindən sonra doğma azarkeşlər önünə çıxacaq. Qurban Qurbanovun yetirmələri qələbə seriyasını 3-ə çatdırmaq niyyətindədi. Avrokuboklarda çıxışını başa vurmuş Roman Qriqorçukun yetirmələri isə son illərin çempionunu məğlub etmək iddiasındadı.

 

Azərbaycan Premyer Liqası

III tur

25 avqust (cümə)

 

18:00. “İnter” – “Səbail”

“İnter Arena”

 

20:30. “Neftçi” – “Kəpəz”

8-ci km qəsəbə stadionu

 

26 avqust (şənbə)

 

18:00. “Zirə” – “Sumqayıt”

Zirə İdman Kompleksinin stadionu

 

20:30. “Qarabağ” – “Qəbələ”

“Azərsun Arena”

 

1

Zirə

2

2

0

0

5-1

6

2

Qarabağ

2

2

0

0

4-1

6

3

Qəbələ

2

2

0

0

3-1

6

4

Səbail

2

1

0

1

2-2

3

5

Sumqayıt

2

1

0

1

2-2

3

6

İnter

2

0

0

2

1-3

0

7

Neftçi

2

0

0

2

1-4

0

8

Kəpəz

2

0

0

2

1-5

0