[b]III turun təyinatları açıqlandı[/b]
24.08.2017 - 19:28
[b]III turun təyinatları açıqlandı[/b]

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında  III turun görüşləri üçün bütün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək turda Premyer Liqa təcrübəsi olmayan referilər iş başında olacaq.

 

Əksər turlarda elita hakimləri əvəzedicilərin matçlarına təyinat alırdısa, bu dəfə belə hala rast gəlinməyib.

 

Əvəzedicilərin çempionatı

 

III tur
 

26 avqust (şənbə)

 

18:30. “İnter” – “Səbail”
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Murad Kərimov, Alik Yunusov
Hakim-inspektor: Munis Abdullayev
“İnter Arena”

 

17:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Nail Nağıyev, Hüseyn Əsgərov, Tural Bayramov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Vahid Hüseynov
Binə qəsəbə stadionu

 

27 avqust (bazar)

 

18:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev
Hakim-inspektor: Rüfət Hüseynov
Zirə İdman Kompleksinin stadionu

 

21:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Ramil Əhmədov, Vüsal Qənbərov, Coşqun Həsənov, Nicat İsmayıllı
Hakim-inspektor: Rüfət Əliyev
“Azersun Arena”