[b]İker Kasilyas “Fənərbaxça”da?[/b]
15.04.2017 - 15:50
“Fənərbaxça” mövsümün sonunda müqaviləsi bitəcək Volkan Dəmirələ əvəzləyici tapıb. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-lacivərdlilər” “Porto”nun qapıçısı İker Kasilyasa elçi düşüblər.
Həmkarlarımız ispaniyalı qolkiperə 2 il üçün 5 milyon avro təklif edildiyini vurğulayıblar. Lakin Kasilyas buna hələlik heç bir reaksiya verməyib.
35 yaşlı İkerin digər təkliflərinin də olduğu və bu günlərdə yekun qərarını açıqlayacağı bildirilir.
0
0