[b]TPL: İki futbolçu cəzalı duruma düşdü[/b]
21.11.2016 - 09:46
[b]TPL: İki futbolçu cəzalı duruma düşdü[/b]

Topaz Premyer Liqasının XII turu iki futbolçunun cəzalanmasına səbəb olub. Apasport.az saytının məlumatına görə, futbolçulardan biri sarı vərəqə limiti, digəri qırmızı üzündən növbəti turu buraxacaq.

 

AZAL-ın üzvü Brayn Fok “İnter”lə görüşün 68-ci dəqiqəsində meydandan qovulub. O, XIII turun “Sumqayıt”la ev oyununu buraxmaq məcburiyyətində qalıb.

 

Elə eyni qarşılaşmada sarı vərəqə alan Tərlan Quliyev “İnter”in növbəti matçında “istirahət edəcək”. Mövsümdə 4-cü sarı vərəqəsini alan müdafiəçi “Zirə” ilə səfər matçını kənardan izləyəcək.