[b]İki ildən sonra[/b]
28.08.2017 - 18:39
DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan – San-Marino oyununun baş hakimi Nikola Dabanoviç 2-ci dəfə yığmalarımızın matçına təyinat alıb. Apasport.az saytının məlumatına görə, monteneqrolunun yolları 2 il öncə təmsilçilərimizlə kəsişib.
Bu, Azərbaycan və Fransanın U-19 millilərinin 2015-ci ildəki matçında baş verib. Yığmamız həmin görüşdə 0:2 hesabı ilə uduzub.
Dabanoviç rəqibimizə 2, bizimkilərə 1 sarı vərəqə göstərib.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü monteneqrolu 2009-cu ildən FİFA statusu daşıyır. O, UEFA-nın 2-ci kateqoriyasına daxildi.
0
0