[b]İki oyunda 9 qol[/b]
15.08.2017 - 09:00
[b]İki oyunda 9 qol[/b]

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, 3 günü davam edən turun son günündə 2 qarşılaşma baş tutub.

 

Ümumilikdə 9 qolun vurulduğu matçlar məhsuldarlığı ilə diqqət çəkib. “Zirə” “Səbail”i 3:2 hesabı ilə yenibsə, “Sumqayıt”la “Kəpəz” hərəyə 2 qol vurub, 2 xal itirib.
 

Əvəzedicilərin çempionatı

I tur

14 avqust
“Sumqayıt” - “Kəpəz” – 2:2
Tural Bayramlı, 32; Fərid Kərimzadə, 76 - Eltac Mirzəyev, 35; Əli Səmədov, 38

“Zirə” – “Səbail” – 3:2
Muxtar Əliyev, 14, 20; Müşfiq İlyasov, 69 - Raul Yaqubzadə, 8; Nazim Kərimli, 52