[b]İlham Əliyev FİFA-nın yeni prezidentini təbrik edib[/b]
27.02.2016 - 15:36
[b]İlham Əliyev FİFA-nın yeni prezidentini təbrik edib[/b]

Azərbaycan prezidentiİlham ƏliyevBeynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Canni İnfantinoya təbrik məktubu göndərib.
 
APA-nın məlumatına görə, təbrik məktubunda deyilir: "Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
 
Bu məsul və şərəfli vəzifəyə seçilməyiniz futbolun inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır. İnanıram ki, Azərbaycan ilə FİFA arasındakı əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə davam edəcək.
 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm".