[b]İngilis futbolçu agentləri üz-üzə qoydu[/b]
14.09.2017 - 19:56
[b]İngilis futbolçu agentləri üz-üzə qoydu[/b]

İngilis futbolçu Dele Alli agentlərin mübahisəsinə səbəb olub. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçinin hüquqlarını qorumaq üçün iki məşhur menecer iddialıdır.

 

Portuqaliyalı dünya şöhrətli agent Jorje Mendeş və məşhurluqda ondan geri qalmayan hollandiyalı Mino Rayola 21 yaşlı Delle Alli üçün rəqabət aparırlar.

 

Qeyd edək ki, “Tottenhem”in formasını geyinən Dele Alli İngiltərə yığmasında da oynayır.

0