İngiltərə Premyer Liqasının təxirə salınan “Sauthempton” - “Arsenal” qarşılaşması rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, qonaqların 2:0 hesablı qələbə qazandığı matçın 83-cü dəqiqəsində fərqlənən Olivye Jiru meydana daxil olduqdan 3 dəqiqə sonra fərqlənib.
Bu, fransalının 6-cı belə qolu olub. Jiru əvəzlənmə ilə meydana girib, ən çox qola imza atan futbolçudu.
Azərbaycan Premyer Liqasının başa çatan 2016/17 mövsümünün 28 turunda keçirilən 112 qarşılaşmada 20 belə qol qeydə alınıb. Yalnız “Sumqayıt”ın oyunçusu Amil Yunanov 1-dən artıq belə qola sevinib. O, iki görüşdə sonradan meydana daxil olaraq rəqib qapısına yol tapıb. Amil IX turun “Qəbələ” ilə ev (2:2) XIII turun AZAL-la səfər (1:1) oyunlarında penaltidən fərqlənməyi bacarıb.
Klublar arasında rekord “Qəbələ”yə məxsusdu. Əyalət klubu 4 belə qola sevinib. AZAL, “Neftçi”, “Qarabağ” və “Sumqayıt”ın hərəyə 3, “Zirə” 2, “İnter”lə “Kəpəz”in 1 qolu var.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”