[b]İnyesta “Mançester Siti” və PSJ-nin radarında[/b]
24.04.2018 - 18:09
“Barselona”nı tərk edəcəyi gözlənilən Andres İnyesta, gözlənilənin əksinə, karyerasını Çində davam etdirməyə bilər. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, “Mançester Siti” və PSJ ispaniyalı futbolçu ilə maraqlanırlar.
Nəşr iddia edir ki, başqa ölkələrin nəhəng klublarından gələn təkliflər səbəbindən, İnyesta yekunu qərarını açıqlamağa gecikir.
“Barselona” İnyestanın digər bir Avropa klubuna keçməsinə problem yaratmayacaq.
0
0