İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan futbol üzrə Azərbaycan millisinin (U-23) taleyinə qrup mərhələsinin son turu aydınlıq gətirəcək. Apasport.az saytının məlumatına görə, Kamerun (0:0) və Səudiyyə Ərəbistanı (2:0) ilə oyunlardan sonra qrup lideri olan komandamızın yarımfinala yüksəlməsi Mərakeşlə görüşün nəticəsindən asılıdı.
Mayın 15-də “Bayıl Arena”da keçiriləcək liderlərin duelində 4 xala malik iki komanda üz-üzə gələcək. Yaşar Vahabzadənin yetirmələri istənilən hesabla qələbə qazansa, yarımfinala 1-ci yerin sahibi kimi çıxacaq. Mərakeşin isə taleyi eyni gündə keçiriləcək Kamerun – Səudiyyə Ərəbistanı matçından asılı olacaq.
Əks halda isə millimiz eyni duruma düşəcək. Yəni Mərakeş qələbə ilə 1-ci olsa yığmamızın gözü Kamerunda olacaq. Afrikalılar qələbə qazana bilməsə, futbolçularımız 2-ci yerin sahibi kimi mübarizəni davam etdirəcək. “Ramolunmaz şirlər”in qələbəsi isə millimiz üçün İslamiadanın medallarını əlçatmaza çevirəcək.
Mərkəzi oyunda qələbə taleyi öz əlində olan komandalar üz-üzə gəldiyindən qalib tərəf yarımfinala yüksələcək. Heç-heçə isə Mərakeşdən dən daha çox millimizə sərf edir. Çünki istənilən hesablı heç-heçə yığmamıza qrup səddini aşmaq imkanı verəcək.
Bu oyunda heç-heçə olsa, Kamerun isə ərəblərlə görüşdə xal itirsə yığmamız 1-ci, mərakeşlilər 2-ci yerlə yarımfinala yüksələcək. Liderlərin heç-heçəsi, Kamerunun qələbəsi isə daha mürəkkəb durum yaradacaq. Çünki yığmamızla iki Afrika təmsilçisinin hamısının 5 xalı olacaq.
Əslində, burda iki variant mümkündü. Birincisi, FİFA-nın dünya çempionatlarında əsas götürdüyü sistemdi ki, burada əsas top fərqi götürülür. İkincisi isə UEFA-nın və bir çox ölkələrin güvəndiyi şəxsi oyunların əsas götürülməsi sistemidi.
İslam Həmrəyliyi Oyunlarının əsasnaməsini əldə etdikdən sonra məlum oldu ki, yerlər aşağıdakı meyarlarla müəyyənləşir.
1. bütün oyunlardakı xallar
2. bütün oyunlardakı top fərqi
3. bütün oyunlardakı daha çox qol vuran komanda
Bir sözlə, qaydalar UEFA yarışlarında olduğu kimi deyil, FİFA yarışlarındakı kimidi. Yəni şəxsi oyunlar əsas götürülmür.
Bir sözlə, bütün oyunlardakı top fərqi daha önəmlidi. Üç komanda öz arasında heç-heçə etdiyindən hər şey Səudiyyə Ərəbistanına daha çox qol vurmaqdan asılıdı. Millimiz 2, Mərakeş 1 cavabsız qola sevindiyindən yığmamız artıq rəqibindən öndədi.
Komandamızı son turda heç-heçə də qane edir. Bərabərlik də yığmamızı yarımfinala daşıyacaq. Mərakeş isə mütləq qalib gəlməli, ya da Kamerunun büdrəməsinə ümid etməlidi.
|
N |
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
|
1 |
Azərbaycan |
2 |
1 |
1 |
0 |
2:0 |
4 |
|
2 |
Mərakeş |
2 |
1 |
1 |
0 |
2:1 |
4 |
|
3 |
Kamerun |
2 |
0 |
2 |
0 |
1:1 |
2 |
|
4 |
Səudiyyə Ərəbistanı |
2 |
0 |
0 |
2 |
0:3 |
0 |
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”