[b]İspan azarkeşlər yenə onu seçdilər[/b]
19.11.2016 - 00:09
Əmrə Çolak ikinci dəfə “Deportivo”da ayın oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.
Belə ki, azarkeşlərin səsverməsi nəticəsində sentyabrda olduğu kimi, oktyabrın da ən yaxşı oyunçusu kimi Əmrə Çolak olub.
Ümumi səsverənlərin 58%-nin etimadını qazanan Çolak Xuanfran (24%) və Sidneyi (18%) geridə qoyub.
Qeyd edək ki, oktyabr ayında “Deportivo” ilə 7 oyuna çıxan Əmrə ümumilikdə 596 dəqiqə meydanda olub.
0
0