[b]İspaniya klubunda baş məşqçi istefası[/b]
23.12.2016 - 18:10
“Malaqa”nın baş məşqçisi Xuande Ramos istefa verib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, İspaniya kubokunun 1/16 finalında “Kordoba”ya məğlubiyyətdən sonra bu addımı atıb.
Məlumatı klub rəhbərliyi də təsdiqləyib. 62 yaşlı məşqçinin yerinə kimin gətiriləcəyi hələ müəyyənləşməyib.
Qeyd edək ki, Ramos bu il “Malaqa” ilə 3 illik müqavilə bağlamışdı.
0
0