[b]İspaniya nəhəngi transfer edə bilməz[/b]
01.06.2017 - 13:00
[b]İspaniya nəhəngi transfer edə bilməz[/b]

Madrid “Atletiko”sunun yay fasiləsində transfer etmək arzusu baş tutmayacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb İspaniya nəhənginə kəsilən cəzanın qüvvədə saxlanılmasıdı.

 

Belə ki, “Atletiko” UEFA tərəfindən verilən transfer qadağasının ləğvi üçün Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) müraciət etmişdi. Rəhbərlik hətta “Lion”un hücumçusu Aleksandr Lyakazettlə ilkin razılıq da əldə etmişdi. Lakin CAS 2018-ci ilin yanvarına qədər verilən transfer qadağasının qüvvədə saxlanılmasını qərara alıb. Bu isə o deməkdi ki, “Atletiko” mövsümlərarası fasilədə heyətini gücləndirə bilməyəcək.

 

Qeyd edək ki, “Atletiko” ilə eyni cəzaya məruz qalan “Real”ın qadağası sonradan dondurulmuşdu.