[b]İsrafilov oynadı, komandası...[/b]
17.09.2016 - 22:47
İspaniya Sequndasında V turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun komandası “Kadis” səfərdə “Reus Deportiu”yla qarşılaşıb.
İsrafilovun start heyətində meydana çıxdığı və 79-cu dəqiqədə əvəzləndiyi oyun “Reus Deportiu”nun minimal hesablı qələbəsiylə nəticələnib.
Qeyd edək ki, hazırda hesabında 5 xal olan “Kadis” 13-cü pillədə qərarlaşıb.
0
0