İtaliya millisi seçmə mərhələlərdə məğlubiyyətsiz oyunlar seriyasını 51-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in ilk seçmə oyununda İsraili 3:1 hesabı ilə məğlub edən appeninlilər seriyanın 10 ildən artıq sürməsini də təmin edib.
2006-cı il sentyabrın 6-da evdə Fransaya 1:3 hesabı ilə uduzan İtaliya ən pis halda oktyabrda seriyasının qırılmasına üzüləcək. Bu isə o deməkdi ki, “Skuadra Adzurra” yenilməzliyinin 10 illiyini qeyd edə biləcək.
İtaliya yığması bu 51 matçda 38 qələbə qazanıb, 13 heç-heçə edib.
Qeyd edək ki, Azərbaycan millisinin seçmə oyunlardakı rekordu 4 məğlubiyyətsiz matçdan ibarətdi. Yığmamız DÇ-2014-də və AÇ-2016-da iki dəfə 4 oyunluq seriyaya imza atıb.