[b]İtaliya klubunun kapitanı cəzalandırıldı[/b]
23.03.2015 - 22:01
“Parma”nın kapitanı Alessandro Lukarelli cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, 37 yaşlı futbolçu İtaliya A seriyasının XXVIII turu çərçivəsində “Torino” (0:2) ilə oyunda qırmızı vərəqə aldığı üçün 3 matçlıq diskvalifikasiya edilib.
Xatırladaq ki, Lukarelli rəqib komandanın hücumçusu Fabio Kvalyarella qarşı kobudluq etdiyiyinə görə, sarı vərəqə alıb. 36-cı dəqiqədə isə hakimlə yüksək tonla danışması ona baha başa gəlib. Lukarellinin əlavə cəzası isə hakimi təhqir etməsi olub.
0
0