[b]İtaliyada “Roma”, Azərbaycanda “İnter”[/b]
08.02.2017 - 09:41
[b]İtaliyada “Roma”, Azərbaycanda “İnter”[/b]

İtaliyanın “Roma” klubu tarixinin rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi A seriyasında ardıcıl 14-cü ev qələbəsini qazanıb.

 

“Fiorentina”nı 4:0 hesabı ilə məğlub edən romalılar seriyasını 14-ə çatdırıb ki, klub tarixində belə hal yaşanmayıb. Bunadək “canavarlar”ın ən uğurlu ev seriyası 13 matçdan ibarət idi. Həmin seriya 1930-cu ildə qeydə alınmışdı. Paytaxt klubu bu seriyaya 2016-cı aprelində start verib.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında davam edən ən uzun qələbə seriyası “İnter”ə məxsusdu – 3 oyun.