İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda 1/4 final mərhələsinin oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin U-13 komandası 1/4 finalda İsveçrənin “Mendrisiotto Selection” komandası ilə görüşüb.
Təmsilçimiz bu dəfə 5:1 hesablı qələbə qazanıb. “Qırmızı-qaralar”ın qollarını Murad Ələkbərov (2), Sadiq Şəfiyev, Elmir Hüseynli, Hüseynağa Səlimov vurub.
“Qəbələ” bu gün Bakı vaxtı ilə 22:30-da başlayacaq yarımfinal oyununda İngiltərənin “Uimbldon” komandası ilə qarşılaşacaq. Digər finalçı isə İtaliya “Udineze”si ilə Sloveniya “Bravo”su arasında görüşdə müəyyənləşəcək.
- Portuqaliya millisinin üzvü İspaniya klubunu tərk edib
- "Cimbom"a xəyanət şoku: "Çalhanoğlu" addım-addım "Fənərbaxça"ya
- "İnter" Çalhanoğlu transferi barədə: "Razılığa gəlmək mümkün deyil"
- "Qalatasaray" "Napoli"dən əlavə vaxt istəyib
- Konfrans Liqası: "Sabah"ın oyunlarını idarə edəcək hakimlər bəlli olub