[b]Joze Alesio ilə müqaviləyə xitam verildi[/b]
03.07.2017 - 15:22
[b]Joze Alesio ilə müqaviləyə xitam verildi[/b]

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə gətirilən Joze Alesio müqavilə ilə bağlı olduğu “Kayrat”dan ayrılıb. Apasport.az-ın Qazaxıstan klubunun rəsmi saytına istinadən məlumatına görə, Almatı təmsilçisi komandadan qalmaq istəməyən braziliyalını zorla saxlamaq fikrindən daşınıb.

 

Bu üzdən “Kayrat” və məşqçi arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Klub rəhbərliyi Joze Alesioya komandadakı xidmətlərinə görə də təşəkkür edib və ona yeni işində - yəni Azərbaycan yığması və “Araz”da uğurlar arzulayıb.

 

Qeyd edək ki, 2014-cü ildə Azərbaycan yığması və “Araz”dan ayrılandan sonra Qazaxıstana üz tutan mütəxəssis ölkəmizə də müqaviləsi ola-ola dönmüşdü. “Kayrat” anlaşmaya qarşılıqlı şəkildə xitam veribsə, Qazaxıstan Futbol Federasiyası braziliyalının yığma ilə müqaviləsi barədə hələ danışmaq istəmir. Hərçənd onun millidə də müqaviləsinin başa çatmadığı bildirilir.