[b]Joze Mourinyo İngiltərə yığmasında![/b]
20.04.2016 - 12:46
[b]Joze Mourinyo İngiltərə yığmasında![/b]

Joze Mourinyo İngiltərə yığmasına rəhbərlik edəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis UNİCEF-in himayəsi altında olan uşaqlar üçün təşkil edilən xeyriyyə matçında onun rəhbərlik edəcəyi İngiltərə millisi dünya yığması ilə qarşılaşacaq.

 

İyunun 5-nə planlaşdırılan görüş Mourinyonun gələn mövsümdən “sükanı” arxasına keçməsi gözlənilən “Mançester Yunayted”in stadionu “Old Trafford”da baş tutacaq. Həmin matçda dünya seçməsinə “Lester”in çalışdırıcısı Klaudio Ranyeri rəhbərlik edəcək. Komandaların heyətləri hələlik məlum deyil.

 

Mourinyo yerli mətbuata açıqlamasında qələbə qazanmaq istədiyini deyib: “Mən hər iki komanda ilə qələbə qazanan ilk baş məşqçi olmaq istəyirəm. Dünya yığması ilə bunu bacarmışam, indi növbə İngiltərə millisi ilə eyni uğuru təkrarlamaqdadı”.

 

Qeyd edək ki, 2014-cü ildə bu iki komanda arasında keçirilmiş görüşdə Mourinyo dünya yığmasını çalışdırıb.