[b]Juninyo müəmması[/b]
29.02.2016 - 11:07
[b]Juninyo müəmması[/b]

Topaz Premyer Liqasının XXIV turunda “Rəvan”ın qonağı olacaq “Kəpəz” matçın hazırlığına bu gün start verəcək. Apasport.az saytı xəbər verir ki, Gəncə təmsilçisinin heyətlə bağlı problemləri qalmaqdadı.

 

Tərlan Quliyev və Budaq Nəsirov sıraya dönərək, ötən həftə “Sumqayıt”la matçda iştirak etdikləri halda, komandanın aparıcı oyunçularından olan Junior Oslavdo Martinsin zədəlidi. Braziliyalı yarımmüdafiəçi bu gün Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçəcək. Məhz bundan sonra Juninyonun “Rəvan”la görüşdə iştirak edib-etməyəcəyinə aydınlıq gələcək. Onun adaşı, zədəsini ölkəsində sağaldan Dario Federiko Junior isə gələn ayın sonunda Azərbaycana qayıdaraq, komandasının düşərgəsinə qoşulacaq.

 

“Sumqayıt”la görüşdə sarı vərəqə limitini dolduran Tural Axundovun “Rəvan”a qarşı oynamayacağı dəqiqdi. Onun yoxluğunda Gəncə klubunda kapitan sarğısını kimin daşıyacağı maraq doğurur. “Kəpəz”in baş məşqçisi Şahin Diniyev əməkdaşımızla söhbətində bu məsələyə aydınlıq gətirib: “Bizdə 3 vitse-kapitan var: Bəxtiyar Soltanov, Tərlan Quliyev və Şəhriyar Rəhimov. Komandanı “Rəvan”la oyuna onlardan biri kapitan sarğısında çıxaracaq”.

 

Qeyd edək ki, 23 turdan sonra aktivində 33 xal olan “Kəpəz” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.