“Başakşəhər”in futbolçuları Əmrə Belözoğlu, Ufuk Ceylan, Volkan Babacan və Yalçın Ayhan Türkiyə Futbol Federasiyası Nizam İntizam Komitəsinə cəlb olunub. Apasport.az saytının məlumatına görə, buna səbəb həmin oyunçuların jurnalistə fiziki təzyiq etmələridir.
Türkiyə mətbuatında yer alan məlumatda qeyd edilib ki, əgər əks qərar çıxmasa, bu futbolçular “Fənərbaxça” ilə oyunda meydana çıxa bilməyəcəklər. Bundan əlavə, adıçəkilən oyunçuların cəzası daha artıq ola bilər.
Belə ki, Əmrə Bəlözoğlunun 1-3 oyun, digərlərinin isə 5-10 oyun arası yaşıl meydanlara həsrət qalmaq ehtimalı var.
Digər tərəfdən isə klub prezidenti Göksəl Gümüşdağ Yalçın Ayhan və Ufuk Ceylanın komandadan uzaqlaşdırılacağını deyib. Volkan Babacan üçün isə NİK-in qərarı gözləniləcək.