[b]Kamerun Afrikanın ən güclüsüdür![/b]
06.02.2017 - 01:17
Afrika Millətlər Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, final oyununda Misir yığması Kamerunla qarşılaşıb.
Görüş Kamerunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı “fironlar” açsa da, ikinci hissədə iki qol vuran “aslanlar” yekunda çempion adını qazanıblar.
Afrika Millətlər Kuboku
Final
5 fevral
Misir – Kamerun – 1:2
Qollar: Elneni, 22 – Nkulu, 60, Abubakar, 89
0
0