[b]Kamran Ağayev debütdə darmadağına üzüldü[/b]
27.08.2017 - 20:53
[b]Kamran Ağayev debütdə darmadağına üzüldü[/b]

Millimizin üzvü Kamran Ağayev Çexiya çempionatında debüt edib. Apasport.az saytının məlumatına görə, “Mlada Boleslav”ın şərəfini qoruyan qolkiper V tur çərçivəsində Praqa "Slaviya"sı ilə oyunda meydana çıxıb.

 

Səfərdə baş tutan matç Ağayev üçün uğursuz alınıb. 90 dəqiqə oynayan həmyerlimiz qapısında 4 qol görüb.

 

Nəticədə “Mlada Boleslav” yenə də son pillədən yaxa qurtara bilməyib. Bu dəfə 0:4 hesabı ilə uduzan Ağayevin komandasının aktivində cəmi 1 xal var.