[b]Kamran Ağayevin komandası dayandı[/b]
21.11.2016 - 02:09
[b]Kamran Ağayevin komandası dayandı[/b]

Portuqaliya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” da bu mərhələdə meydana çıxıb.

 

Onların rəqibi “Vitoriya Guimaraeş” olub. Kamran Ağayev meydana start heyətində çıxıb. Emin Mahmudov isə ehtiyatda qalıb. 

90+1-ci dəqiqədə “Boavişta” azlıqda qalıb və matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

 

Cütün taleyini həll etmək üçün əlavə vaxt təyin olunub. 118-ci dəqiqədə “Vitoriya Guimaraeş” qələbə qolunu vurub. 1:2 hesabı ilə uduzan həmyerlilərimizin komandası kubokla vidalaşıb.