Futbol üzrə Portuqaliya çempionatında XIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvləri – Kamran Ağayevlə Emin Mahmudovun komandası – “Boavişta” da növbəti matçına çıxıb.
“Damalılar” doğma meydanda “Gimaraynş”la qarşılaşıb. Təmsilçilərimizin komandası oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Kamran Ağayev adəti üzrə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Emin isə matçın 70-ci dəqiqəsində meydana buraxılıb.
Millimizin “çərçivə qoruyucusu” ikinci qolda səhvə yol verib.
Qeyd edək ki, "Boavişta" hazırda 13 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.