[b]Kamran və Eminin "14-lər"i dəyişməyə gücü çatmadı[/b]
18.12.2016 - 22:12
Portuqaliya Premyer Liqasında XIV turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Sportinq” də növbəti matçına çıxıb.
“Damalılar” səfərdə autsayder “Tondela” ilə qarşılaşıblar. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Oyuna start heyətində başlayan və 90 dəqiqə meydanda olan Kamran Ağayevdən fərqli olaraq, Emin Mahmudov meydana ikinci hissənin başında çıxıb.
Qeyd edək ki, 14 oyundan sonra aktivində 14 xal olan “Boavişta” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
0
0