Əfsanəvi mütəxəssis Fabio Kapello “Mançester Yunayted”in Avropa Liqasının qalibi olmasını dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı məşqçi “qırmızı şeytanlar”ın o qədər də parlaq futbol sərgiləmədiyini düşünür.
O, komandanın oyun üslubuna da toxunaraq, baş məşqçi Joze Mourinyoya söz atıb: “Avropa Liqasının finalında maraqlı futbol izləmədik. “Mançester Yunayted” yaxşı müdafiə olunsa da, darıxdırıcı komandadı. Qrizmann onları gücləndirə bilər, yaxşı futbolçudu. Ancaq digər mövqeləri də mütləq gücləndirməlidilər. Onlar “Çelsi” səviyyəsinə yüksəlməlidilər ki, bu da asan deyil”.
Qeyd edək ki, “Mançester Yunayted” finalda “Ayaks”a 2:0 hesabı ilə qalib gələrək, Avropa Liqasının qalibi olub.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA